Azərbaycan Milli Məclisi ilə Yeni Kaledoniya Konqresi arasında Əməkdaşlıq Memorandumu imzalanıb

Azərbaycan Milli Məclisi ilə Yeni Kaledoniya Konqresi arasında Əməkdaşlıq Memorandumu imzalanıb
18 2024 14:43

Azərbaycan Milli Məclisi və Yeni Kaledoniyanın Konqresi arasında Əməkdaşlıq haqqında Memorandum imzalanıb.

APA xəbər verir ki, Memorandumu Azərbaycan Milli Məclisi adından Sahibə Qafarova, Yeni Kaledoniyanın Konqresi adından isə Rok Vamitan imzalayıb.

Sənədə görə, Azərbaycan Milli Məclisi Yeni Kaledoniya xalqının öz müqəddəratını təyinetmə hüququnu nəzərə alır və mövzu ilə bağlı beynəlxalq ictimaiyyəti məlumatlandıracaq.

Bundan başqa, Memoranduma əsasən, Azərbaycan və Yeni Kaledoniya xalqları arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi naminə tərəflər parlamentlərarası əməkdaşlığı inkişaf etdirəcək, qanunvericilik orqanlarının komissiyaları, komitələri və orqanları arasında daimi əlaqələrin yaradılmasına köməklik göstərəcək, həmçinin parlament və beynəlxalq fəaliyyət təcrübələrinin öyrənilməsi və bölüşülməsi məqsədilə parlament üzvlərindən ibarət nümayəndə heyətlərinin qarşılıqlı səfərlərini təşkil edəcək, parlamentlər arasında əməkdaşlıq üçün deputatlardan ibarət müvafiq qrup yaradılacaq, qanunvericilik aktlarının hazırlanması və qəbuluna, eləcə də parlamentlərarası əməkdaşlığa dair təcrübələr barədə bir-birini məlumatlandıracaq, öz fəaliyyətləri ilə bağlı hüquqi və digər məlumatları biri-biri ilə paylaşacaq, Azərbaycanla Yeni Kaledoniya arasında beynəlxalq parlament arenasında əməkdaşlığın müxtəlif istiqamətlərinin araşdırılması, nəzərdən keçirilməsi, inkişaf etdirilməsi və həyata keçirilməsi üçün fəal səylər göstərəcək, qanunvericilik orqanlarının səmərəli fəaliyyətinə müsbət töhfə verə biləcək təcrübə mübadiləsi aparılması məqsədilə Azərbaycan Milli Məclisinin Aparatı ilə Yeni Kaledoniya Konqresinin Bürosu arasında daimi əlaqələr yaradılmasına dəstək verəcəklər.

Sənəddə o da qeyd olunur ki, Əməkdaşlıq haqqında Memorandumun məqsədlərinin həyata keçirilməsi üçün müntəzəm görüşlər təşkil ediləcək.


2 May 2024
Siyasət

İkinci Dünya müharibəsinin iştirakçılarına və ailələrinə birdəfəlik maddi yardım veriləcək - SƏRƏNCAM

Prezident İlham Əliyev 1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında Sərəncam imzalayıb. 

2 May 2024
Siyasət

Prezident Azərbaycanın pravoslav xristian icmasını təbrik etdi

Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasına təbrik məktubu ünvanlayıb. 

2 May 2024
Siyasət

İlham Əliyev akademiyaya yeni rektor təyin etdi

Prezident İlham Əliyev Heydər Xanış oğlu Əsədovun Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru təyin edilməsi haqqında Sərəncam imzalayıb. 

2 May 2024
Siyasət

Prezident İlham Əliyev Konstantin Kosaçov və Leonid Kalaşnikovu qəbul edib - YENİLƏNİB + FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 2-də Rusiya Federasiyası Federasiya Şurasının sədr müavini Konstantin Kosaçovu və Dövlət Dumasının MDB işləri, Avrasiya iqtisadiyyatı və həmvətənlərlə əlaqələr komitəsinin sədri Leonid Kalaşnikovu qəbul edib.

2 May 2024
Siyasət

Azərbaycan-Özbəkistan regional əməkdaşlığı müzakirə edilib - YENİLƏNİB + FOTO

Mayın 1-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Daşkənd İnvestisiya Forumu çərçivəsində Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.